Erasmus+ (European Solidarity Corps) Proqramı





ESC (AHK) (Avropa Həmrəylik Korpusu) Avropa Komissiyasının təşəbbüsü ilə yaradılan Avropada gəncləri öz ölkələrində, o cümlədən digər ölkədə könüllülük edərək cəmiyyətə faydalı fəaliyyət göstərməyi təşviq edən bir proqramdır.

Gənclər 17 yaşından etibarən Avropa Həmrəylik Korpusundan qeydiyyatdan keçə bilər, lakin könüllülük layihəsinə yalnız 18 yaşı olduğu təqdirdə başlaya bilər. Proqram maksimum 30 yaşa qədər olan gənclərə fəaliyyətlərdən yararlanmağa imkan verir.

Qeydiyyatdan keçdikdən sonra Avropa Həmrəylik Korpusu iştirakçıları müxtəlif növ (icma inkişafı, sosial, qaçqınlarla iş, fiziki və ya əngəlli insanlarla iş və s.) layihələrə iştirak etmək üçün dəvət edilə və ya seçilə bilərlər.

Avropa Həmrəylik Korpusu layihələri 2 aydan 1 ilədək davam edə bilər. Layihələr adətən Avropa İttifaqı ölkələrində icra edilir.

Daha ətraflı: https://europa.eu/youth/solidarity_en


Əlaqə: 

Erasmus+ Avropa Həmrəylik Korpusu (ESC) Proqramı üzrə koordinator

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

E-mail: evsgeleceyekorpu@gmail.com