Gələcəyə Körpü İB

Biz kimik? |

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. Birlik – Gənclərin Mübadilə və Anlaşma (ing. dilində YEU), Təhsil üçün İnsan Hüquqları beynəlxalq şəbəkələrinin tam hüquqlu, “CONNECT International” Şəbəkəsinin isə üzvüdür.

Baş ofisimiz Gəncə şəhərində yerləşsə belə, Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər Birliyimizin üzvü və könüllüləridir. Beynəlxalq səviyyədə Almaniya, Moldova, Polşa, Portuqaliya, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Hollandiya, İtaliya, İspaniya, Serbiya, Macarıstan, Belçika, Fransa və s. kimi ölkələrlə əməkdaşlıq edir. Əksər beynəlxalq və yerli layihələri Avropa Şurası, ABŞ-ın İnkişaf Agentliyi və bir sıra donor təşkilatları tərəfindən maliyyələşdirilmışdir. Birlik həm Azərbaycan, həm də Avropada gənclər sektorunun inkişafına verdiyi töhfələrə görə dəfələrlə mükafatlandırılmışdır. Bununla bərabər Birlik yerli hökümətlə xüsusilə Gənclər və İdman Nazirliyi və onun yerli şöbəsi Gəncə şəhər Gənclər və İdman baş idarəsi ilə sıx əməkdaşlıq edir.

Gələcəyə Körpü Gənclər İctimai Birliyinin missiyası – Azərbaycanda fəal gənclərin iştirakını təmin etməklə, sağlam vətəndaş cəmiyyəti təsis etmək və gənclərin beynəlxalq səviyyədə ölkəmizi təmsil etməsinə yardım etməkdir.

Gələcəyə Körpü gənclərin cəmiyyətdə iştirak fəaliyyətini artırmaq, əmək qabiliyyətini itirmiş gənclərə özlərini inkişaf etdirməyə dəstək olmaq və işlə təmin olunmaları üçün ehtiyac duyulan bacarıqların öyrədilməsinə yardım etmək, gənclərin intelektual və peşəkar bacarıqlarını inkişaf etdirmək, gəncləri könüllü işlərə cəlb etmək, gənclər hərəkatı vasitəsilə, vətəndaş cəmiyyəti qurmaq, onların ətraf mühit və turizm fəaliyyətində iştirakını təmin etmək və azərbaycanlı gənclər ilə dünya gəncləri arasında əməkdaşlığın yaranmasına şərait yaratmağa səy göstərir. Bu vəzifələri yerinə yetirmək üçün Birlik müntəzəm olaraq, yerli, milli və beynəlxalq səviyyəli seminarlar, konfranslar, görüşlər, təlim kursları/xidmətləri iş düşərgələri həyata keçirir.

Gələcəyə Körpü – maddi mənfəət güdməyən, heç bir siyasi və dini asılılığı olmayan təşkilat olub gənclər üçün çalışan və yalnız gənclər tərəfindən idarə olunan Birlikdir.

Gələcəyə Körpü Gənclər İctimai Birliyinin üzvü olmaq üçün 18-35 yaş həddi olmaq və təşkilatın missiyasını dəstəkləmək kifayətdir.

Birliyin əsas fəaliyyət istiqamətləri:

• Gənclərin karyera sahəsində təcrübə və bacarıqlarının və məşğulluq imkanlarının təkmilləşdirilməsi;

• Regionda gənclər və qadınlar arasında sahibkarlığın təşviqi;

• Regionda yeniyetmə və gənclər arasında peşə təhsilinin təbliği;

• Yerli və beynəlxalq könüllülük fəaliyyətlərinə gənclərin cəlb olunması və gənclərin fəal iştirakı;

• İctimai infrastruktur layihələrinin həyata keçirilməsi

Dostlarınızla Paylaşın
FacebookTwitterLinkedInWhatsApp

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan