“Beynəlxalq Könüllülük Proqramı” İŞ DÜŞƏRGƏLƏRİ |

“Beynəlxalq Könüllülük Proqramı” 2008-ci ildən “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin nəznində fəaliyyət göstərməkdədir. Proqramın əsas məqsədi gənclərimizin bir çox beynəlxalq düşərgə, festival və layihələrdə iştirakını təmin etməklə onların şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmək və ölkəmizi bu layihələrdə təmsil etməkdir.

Avropa və digər ölkələrdə könüllülük bir çox sahələrdə öz əksini tapmışdır. Belə ki, hər il Avropa Könüllülük Təşkilatları Birliyi tərəfindən 50-ə yaxın ölkədə fəaliyyət göstərən tərəfdaş təşkilatlar bu sahə üzrə yüzlərlə düşərgə, festival və sosial layihələr həyata keçirir.

“Gələcəyə Körpü” bu şəbəkənin hüquqi üzvü olaraq regionda mövcud olan müxtəlif sosial problemlərin həlli yolunda hər il beynəlxalq düşərgələr və sosial layihələr reallaşdırır. Hazırda Birlik Beynəlxalq Könüllülük Proqramı üzrə 25 ölkədən 38 gənclər təşkilatı ilə daimi əməkdaşlıq edir və gənclərin mübadiləsini həyata keçirir. Təşkilatımız proqramın vasitəsi ilə indiyədək 300-dən çox yerli gəncimizin fərqli ölkələrdə təşkil olunan beynəlxalq düşərgələrdə ölkəmizi təmsil etməsini təmin etmişdir. 

Əgər siz də beynəlxalq və ya yerli layihələrdə iştirak edərək təcrübə qazanmaq istəyirsinizsə, “Gələcəyə körpü” GİB nəznində fəaliyyət göstərən Beynəlxalq Könüllülük Proqramına müraciət edin və dünyanın istənilən ölkəsində  10 gündən – 1 ilədək müxtəlif beynəlxalq festivalların, düşərgələrin və layihələrin  iştirakçısı olun. 

Proqram çərçivəsində Viza, yaşayış (gündə 3 dəfə yemək) və ekskursiyalar təşkilatçılar tərəfindən  təmin olunur. Düşərgələrdə iştirak etmək üçün yerli layihələrin maliyyələşdirilməsinə yönəlmiş və müəyyən edilmiş iştirakçı haqqı ödənilməsi tələb olunur. 

Qeydiyyat və ödəniş xüsusi müqavilə ilə təsdiqlənir.

Proqram çərçivəsində yaxın əməkdaşlıq etdiyimiz ölkələr: 

Almaniya, Fransa, İspaniya, Portuqaliya, Türkiyə, Belçika, Cənubi Koreya, Çexiya, Gürcüstan, İtaliya, Polşa və s. 

Dostlarınızla Paylaşın
FacebookTwitterLinkedInWhatsApp

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan

Bizi İzləyin