Son xəbərlər →
Elanlar →
“Erasmus+ Youth. Azərbaycanda Məlumat Mərkəzi”nin regionlara səfəri davam edir
12 Mart, 2018-ci il də Göygöl rayonunda və 20 Aprel 2018- ci il tarixində Samux rayonunda Azərbaycanda ilk dəfə olaraq "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən - Avropa Komisiyasının Erasmus + Youth. Proqramı üzrə əldə edilmiş rəsmi Məlumat Mərkəzinin maarifləndirici seminarı baş tutub.
Mərkəzin koordinatoru Hüseynxan Hacızadə Göygöl və Samux gənclərinə Məlumat Mərkəzinin nə üçün yaradıldığını, gənclər və gənclər təşkilatları üçün hansı yardım və məsləhətlər təklif etdiyini, Erasmus + Youth. Proqramı haqqında geniş məlumat verilib.Tədbirdə "Gələcəyə Körpü" GİB-in Polyak EVS könüllüsü Roksana Kaczmar da iştirak edib.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb və yekun müzakirələr aparılıb.
Erasmus+ Gənclər Fəaliyyətdə rəsmi əlaqə mərkəzi titulu SALTO–nun Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi (Polşada Təhsil Sisteminin İnkişafı Fondunun hissəsi) tərəfindən Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən təşkilatlara verilir. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi bu titul üçün namizədliyini irəli sürüb və Azərbaycanda olan təşkilatlar arasında son üçlüyə daxil olub. Final mərhələdə müsabiqədə maksimum 100 xaldan 81-ni toplayan “Gələcəyə Körpü” Azərbaycanda ilk dəfə 2017-ci ilin İyun ayından Dekabr ayınadək Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzi elan olunub. Bu günədək ölkəmizdə Erasmus+ Proqramının Rəsmi Əlaqə Mərkəzi olmayıb.
Qeyd edək ki, İlin sonuna kimi “Erasmus+ Youth. Azərbaycanda Məlumat Mərkəzi” nin bir çox regionlara səfəri nəzərdə tutulur.
Hörmətlə,
Təhminə Quliyeva
İctimaiyyətlə Əlaqələr üzrə Koordinator
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi