“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Gəncə, Samux və Göygöl rayonlarında "Region ümumtəhsil orta məktəblərində sosial-emosional sağlamlığın inkişafı" layihəsinə start verib.


Layihənin məqsədi Gəncə şəhərində, Samux və Göygöl rayonlarında yerləşən ümumtəhsil orta məktəblərində şagirdləri psixoloji problemlərin və bullinqin aradan qaldırılması ilə bağlı maarifləndirmək, onların əyani resurslarının və bacarıqlarının artırılması istiqamətində ilkin psixoloji yardım və psixokorreksiya metodikasını tədris etməkdir.

Layihə çərçivəsində Gəncə şəhərində, eyni zamanda Samux və Göygöl rayonlarında 100-ə yaxın orta məktəb şagirdi (V-VII sinif) arasında maarifləndirmə işi aparılacaq. Keçiriləcək maarifləndirici seminarlar vasitəsilə bullinq probleminin qarşısının alınması ilə bağlı şagirdlərin məlumatlılığı artacaq və onlarda problemə qarşı tədbir mexanizmini inkişaf edəcəkdir.

Gəncə şəhərində fəaliyyət göstərən "Gələcəyə Körpü" Gənclər Birliyi regionda təhsil, gənclər və məşğulluq sahələrində müxtəlif növ layihələr icra edib.

Qeyd edək ki, bu layihə 5 ay müddətində davam edəcək.


05.11.2021 11:04