Birliyimiz Gənclərin Mübadiləsi və Anlaşması (YEU) Beynəlxalq Şəbəkəsinin Baş Assambleyasında təmsil olunub.


"Gələcəyə Körpü" İctimai Birliyinin uzun illərdir ki, üzvü olduğu Gənclərin Mübadiləsi və
Anlaşması (ing. YEU) Şəbəkəsinin 2020-ci il üçün Baş Assambleyası icra olunub. Onlayn formatda keçirilən tədbirə 28 üzv təşkilatdan 50-yə yaxın iştirakçı qoşulub.

Tədbirin keçirilməsinin əsas məqsədi idarə heyətinin 2020-ci il üzrə hesabatını dinləmək
və növbəti il üçün strateji və fəaliyyət planının təsdiqlənməsi olub.

Qeyd edək ki, Şəbəkənin bu günədək olan fəaliyyət müddətində ilk dəfə olaraq illik
Assambleya görüşü onlayn formatda həyata keçirilib.

Gənclərin Anlaşması və Mübadiləsi (Youth for Exchange and Understanding -YEU)
şəbəkəsi 1986-ci ildə 11 müxtəlif ölkənin 120-dən artıq gəncindən ibarət qrup tərəfindən
yaradılıb. Təşkilatın Avropa və Afrika daxil olmaqla 30-dan çox ölkədə könüllüləri, üzvləri o
cümlədən əməkdaşlıqları var.




Hörmətlə,
 
Şamil Möyləyev
 


İctimaiyyətlə Əlaqələr üzrə Koordinator

“Gələcəyə Körpü" Gənclər Birliyi

15.12.2020 23:07