Daha bir gəncimiz Rumıniyada könüllülük fəaliyyətini davam etdirir.


Erasmus+ Avropa Həmrəylik Korpusu (ESC) Proqramı çərçivəsində "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən dəstəklənən və göndərilən Nərmin Abdullayeva Rumıniyada uzun müddətli könüllülük fəaliyyətini həyata keçirir.

Rumıniyanın kiçik şəhəri olan Balsda keçirilən layihədə könüllümüz müxtəlif növ məşğələlərə (ingilis dili söhbətlərinə, kino gecələri ,kitab klubu və s.) cəlb olunur. Bundan əlavə Nərmin Abdullayeva müxtəlif fiziki işlər olaraq abadlıq fəaliyyətlərinə (dəzgah rəngləmə, quş yuvası hazırlamaq  və s.) də cəlb olunur. 

Qeyd edək ki, Birliyimiz uzun illərdir ki, Avropa Həmrəylik Korpusu (əvvəlki adı ilə EVS) Proqramı çərçivəsində yerli gənclərimizin beynəlxalq könüllülük layihələrinə cəlb olunmalarını təmin edir.

AHK Proqramı Avropa Komissiyasının Erasmus+ Gənclər Proqramı tərəfindən maliyyələşdirilir.

Hörmətlə,

Şamil Möyləyev


30.09.2021 14:59