"Gələcəyə Körpü" Gəncədə "Gənclər üçün sahibkarlıq və icma inkişafı" Forumuna start verir.


​"Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin icra etdiyi"Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi" layihəsi çərçivəsində 12-13 İyul, 2021-ci il tarixlərində Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Gənclər üçün sahibkarlıq və icma inkişafı Forumu icra ediləcəkdir. 

Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin, ASAN School'un əməkdaşlığı ilə Gənclərin məşğulluq, sahibkarlıq təhsili və icma inkişafı Resurs Mərkəzilayihəsi çərçivəsində icra olunur. 

​40 nəfər gəncin iştirakı ilə baş tutacaq 2 günlük forumda Milli Məclisin deputatları, rəsmi qonaqlar, dövlət və özəl sektordan dəvət edilən spikerlər iştirak edəcəkdir. 

​Forumda aşağıdakı mövzular/panellər əhatə ediləcəkdir:

• Sosial sahibkarlıq

• Qadın iştirakçılığı 

• İcma inkişafında gənclərin rolu

• Fəal vətəndaş mövqeyi və gənclərin iştirakçılığı

• KOBİA-nın xidmətləri və fəaliyyətləri

• Dövlət Məşğulluq Agentliyinin gənclər üçün imkanları

 

​Forumda iştirak etmək istəyən gənclər aşağıdakı linkdən qeydiyyatdan keçməkləri lazımdır: https://forms.gle/hh5oj1G4LhD7b3CE7

 

Son müraciət tarixi: 08.07.2021


07.07.2021 13:53