"Region ümumtəhsil orta məktəblərində sosial-emosional sağlamlığın inkişafı" layihəsi yekunlaşdı.


Layihə çərçivəsində Gəncə şəhərində, Samux və Göygöl rayonlarında ümumilikdə 60 nəfər şagirdə - psixoloq sizə nədə kömək edə bilər, psixoloji maarifləndirmə, psixodiaqnostika, ilkin psixoloji yardım, psixokorreksiya, insan hissləri, qorxu, aqressiya, ünsiyyət çətinlikləri, komplekslər və baryerlər mövzularında maarifləndirici seminarlar həyata keçirildi.  İştirakçılar müxtəlif çalışma və oyunlarda, o cümlədən müzakirələrdə iştirak etdilər.

Layihənin məqsədi Gəncə şəhərində, Samux və Göygöl rayonlarında yerləşən ümumtəhsil orta məktəblərində şagirdləri psixoloji problemlərin və bullinqin aradan qaldırılması ilə bağlı maarifləndirmək, onların əyani resurslarının və bacarıqlarının artırılması istiqamətində ilkin psixoloji yardım və psixokorreksiya metodikasını tədris etməkdir.

Layihə "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə, Göygöl və Samux nümayəndəliklərinin əməkdaşlığı ilə icra olundu.

 Qeyd edək ki, Gəncə şəhərində fəaliyyət göstərən "Gələcəyə Körpü" Gənclər Birliyi regionda təhsil, gənclər və məşğulluq sahələrində müxtəlif növ layihələr icra edib. 


16.02.2022 11:13