"Region gənclərinin layihə ideya və təşəbbüslərinin artırılmasına dəstək" layihəsinə start verildi.


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən "Region gənclərinin layihə ideya və təşəbbüslərinin artırılmasına dəstək" layihəsinin ilk fazası Gəncə şəhərində icra edildi.

16 və 17 aprel, 2022-ci il tarixlərində Gəncə şəhər Gənclər Evində baş tutan 2 günlük seminarlarda  iştirakçılar - "İdeya və ideyanın formalaşdırılması", "Layihə nədir və necə hazırlanmalıdır", layihənin büdcə və icra planının hazırlanması haqqında nəzəri biliklər əldə etdilər və mövzular üzrə komanda işləri həyata keçirdilər. Sessiyalar qeyri-formal təhsil metodları əsasında icra olundu.

 Qeyd edək ki, layihənin məqsədi Gəncə şəhəri, Samux və Göygöl rayonlarında yaşayan və ya təhsil alan gənclərin layihə hazırlanması və idarə edilməsi istiqamətində bilik və bacarıqlarının artırılması, o cümlədən öz ideyalarını praktik olaraq layihə formasına salmaqda onlara dəstək olmaqdır.


19.04.2022 15:09