Erasmus+ Açar Fəaliyyət 2 (KA 2) Proqramı çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” layihəsi daxilində fəaliyyətlər davam etməkdədir. 27.08.2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetində Resurs Mərkəzi nəznində gənclər üçün məşğulluq bacarıqlarının artırılması ilə bağlı praktiki sessiyalar baş tutub.

Azərbaycan Texnologiya Universitetinin İKİEM-nin direktoru Zaur Əliyev tərəfindən “İş müsahibələrində davranış” adlı sessiya keçirilib. Sessiyada iştirakçıların diqqətinə müsahibə zamanı namizədlər nələrə diqqət etməlidirlər, buraxılan səhvlər, müsahibə zamanı kommunikasiya nəcə qurulmalı kimi vacib məqamlar çatdırılıb.

Daha sonra isə universitetin İKİEM-nin İnsan Resursları üzrə mütəxəssisi Leyla Rzayeva tərəfindən “Doğru CV necə hazırlanmalı?” başlığında seminar keçirilib. Seminarda CV və rezümenin oxşar və fərqli cəhətləri, CV nəyə lazımdır, CV–nin sturukturu, dizaynı, CV-nin tərtib edilməsi prinsipləri, CV-ni necə daha cəlbedici etmək olar, CV-lərdə ən çox yol verilən xətalar və s. məqamlardan söhbət açılıb.

Dostlarınızla Paylaşın