Son xəbərlər →
Elanlar →
Resurs Mərkəzinin yavar ayı fəaliyyətləri yekunlaşıb.
Gənclərin Resurs Mərkəzi tərəfindən gənclərin iştirakı ilə icma inkişafı və sahibkarlıq təhsili istiqamətləri üzrə keçirilən sessiyaları uğurla yekunlaşdırmış yanvar ayı iştirakçılarına sertifikatlar təqdim olunub.
Mükafatlanan gənclər aşağıdakı mövzular üzrə sessiyalarda iştirak ediblər:
• Liderlik;
• İctimai vəkillik;
• İcma quruculuğunda gənclərin rolu;
• Layihələrin yazılması və idarə edilməsi;
• Sahibkarlıq fəaliyyəti;
• Biznesinin 5 komponenti;
• Bacarıqların real satışa tətbiqi, sahibkarlıq sahəsində ustalaşmaq.
Qeyd edək ki, fəaliyyətlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı, ASAN Könüllülük Məktəbinin və Azərbaycan Texnologiya Universitetinin əməkdaşlığı ilə həyata keçirilir.
Aylıq fəaliyyətlər Erasmus+ Açar Fəaliyyət 2 Proqramı çərçivəsində Gənclərin məşğulluq, sahibkarlıq təhsili və icma inkişafı Resurs Mərkəzi layihəsi çərçivəsində icra olunur.