Rumıniyada könüllülük edən gəncimiz layihəsini uğurla davam etdirir.


"Gələcəyə Körpü" Gənclər Birliyi vasitəsilə göndərilən və Erasmus+ Avropa Həmrəylik Korpusu (ESC) Proqramı çərçivəsində fəaliyyət göstərən Fərid İbrahimov  Rumıniyada uzun müddətli könüllülük layihəsində iştirak edir.

Rumıniyanın Krayova şəhərində icra edilən layihədə könüllümüz uşaqlarla, yeniyetmə və gənclərlə işə cəlb olunur. Könüllülər orta məktəblərdə müxtəlif təlim kursları təşkil edir, xeyriyyə fəaliyyətəri icra edir və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlər edirlər.  

Qeyd edək ki, Birliyimiz uzun illərdir ki, Avropa Həmrəylik Korpusu (əvvəlki adı ilə EVS) Proqramı çərçivəsində yerli gənclərimizin beynəlxalq könüllülük layihələrinə cəlb olunmalarını təmin edir.

AHK Proqramı Avropa Komissiyasının Erasmus+ Gənclər Proqramı tərəfindən maliyyələşdirilir.

 


19.04.2022 15:36