11 noyabr 2022-ci il tarixində Bakı şəhərində “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycanda Milli Erasmus+ ofisi, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası, Avropa Həmrəylik Korpusu və Erasmus+ Gənclik üzrə Azərbaycanda Məlumat Mərkəzinin tərəfdaşlığı ilə “Erasmus Village” layihəsi baş tutub.

Layihə çərçivəsində beynəlxalq təcrübə və xaricdə təhsil mövzusunda müxtəlif tədbirlər, məlumatlandırıcı sessiyalar və sərgidən ibarət layihə gün ərzində davam edib. Layihə çərçivəsində həm ali təhsil müəssisələrinin, həm də qeyri-hökumət təşkilatlarının beynəlxalq əlaqələrinin gücləndirilməsində yeni çağırışlar və imkanlar mövzusunda müvafiq olaraq dəyirmi masalar keçirilib. Tədbir xaricdə təhsil üzrə dövlət və beynəlxalq proqramlar haqqında sessiyalarla davam edib. Bu hissədə tədbir iştirakçılarına dövlət və müxtəlif beynəlxalq proqramlardan tərəfindən maliyyələşdirilən proqramlar haqqında ətraflı məlumat verilmişdir. Növbəti sessiyalarda Avropa Həmrəylik Korpusu (European Solidarity Corps), Erasmus+Gənclik (Erasmus+Youth), Erasmus Mundus Birgə Magistr proqramı (EMJMD) daxil olmaqla müxtəlif beynəlxalq proqramların dəstəyi ilə xaricdə təhsil, könüllülük və mübadilə proqramlarında iştirak imkanları, müraciət prosesi, qəbul şərtləri olmaqla iştirakçıları maraqlandıran bütün təfərrüatlar haqqında iştirakçılara təqdimatlar edilib və mövcud suallar cavablandırılıb. Həmçinin sözügedən proqramlardan məzun olmuş gənclər öz xaricdə təhsil, könüllülük və mübadilə təcrübələrini və hekayələrini iştirakçılarla bölüşüblər. Son olaraq effektiv CV və motivasiya məktubunun hazırlanması mövzusunda keçirilən vörkşop baş tutub.

Layihəyə ictimaiyyətə açıq şəkildə təşkil olunan “Beynəlxalq təhsil və təcrübə” sərgisi ilə yekun vurulub.

Dostlarınızla Paylaşın