Gələcəyə Körpü İB

Erasmus+

Erasmus+ Nədir?

ERASMUS + (Erasmus Plus) təhsil, peşə hazırlığı, gənclik və idman sahəsində əməkdaşlığı dəstəkləmək məqsədi ilə yaradılan Avropa Birliyinin proqramıdı.

Erasmus+ hər kəs üçün – tələbələrə, işçi heyətinə, təlimçilərə, müəllimlərə və könüllülərə bir çox imkanlar yaradır.  Erasmus+ proqramının müxtəlif açar fəaliyyətləri mövcuddur ki, onlar da müvafiq sahələrdə proseslərin icrasını təmin edir.

Erasmus+ Proqramının qarşıya qoyduğu əsas hədəflər:

  • Gənclər və məhdud imkanlı şəxslərin bacarıqlarını və səriştələrini yüksəltmək; 
  • Demokratik fəaliyyət, fəal vətəndaşlıq, mədəniyyətlərarası dialoq, sosial inteqrasiya və həmrəyliyi təşviq etmək; 
  • Gənclər təşkilatları arasındakı əməkdaşlığı gücləndirmək; 
  • Qeyri-formal təhsil sistemini tanıtmaq və inkişaf etdirmək; 
  • Gənclik fəaliyyətinin beynəlxalq ölçüsünü artırmaq.

Erasmus+ (2021-2027) aşağıdakı istiqamətlər üzrə mobillik və əməkdaşlıq imkanları təklif edir:

  • Ali təhsil  
  • peşə təhsili və təlimlər
  •  məktəb təhsili  
  • yetkinlər üçün təhsil 
  • gənclik  
  • və idman

ERASMUS+ PROQRAMININ ƏSAS MƏQSƏDİ:

  1. Təhsilin keyfiyyətinin yüksəldilməsi  
  2. Tələbələrin hərəkətliliyi və mədəniyyətlərarası mübadilənin inkişafı

"GƏLƏCƏYƏ KÖRPÜ"NÜN ERASMUS+ PROQRAMI ÜZRƏ FƏALİYYƏTİ

“Gələcəyə Körpü” də uzun illərdir ki, Erasmus+ Proqramı üzrə əməkdaşlıq edir. Belə ki, təşkilatımız Erasmus+ Proqramı və tərəfdaş ölkələrdə icra edilən müxtəlif mövzularda (gənclərin iştirakçılığı və gənclər işi, könüllülük, layihələrin hazırlanması və idarə edilməsi, inklüzivlik, gender bərabərliyi, icma inkişafı və s.) olan layihələrə yerli gənclərin mübadiləsini təmin edir. Həmin fəaliyyətlər qısa müddətli olaraq təlim kursları, gənclik mübadiləsi, konfrans, forum, təhsil səfəri formatlarında olur. 

Dostlarınızla Paylaşın
FacebookTwitterLinkedInWhatsApp

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan