Gələcəyə Körpü İB

ESC Nədir?

ESC (AHK) (Avropa Həmrəylik Korpusu) Avropa Komissiyasının təşəbbüsü ilə yaradılan Avropada gəncləri öz ölkələrində, o cümlədən digər ölkədə könüllülük edərək cəmiyyətə faydalı fəaliyyət göstərməyi təşviq edən bir proqramdır.

Proqramda 18-30 yaş aralığında olan şəxslərə fəaliyyətlərdən yararlanmağa imkan verilir. 

Qeydiyyatdan keçdikdən sonra Avropa Həmrəylik Korpusu iştirakçıları müxtəlif növ (icma inkişafı, ekoloji fəaliyyətlər, gənclər işi, sosial, qaçqınlarla iş, fiziki və ya əngəlli insanlarla iş və s.) layihələrə iştirak etmək üçün dəvət edilə və ya seçilə bilərlər.

Avropa Həmrəylik Korpusu layihələri 2 aydan 1 ilədək davam edə bilər. Layihələr adətən Avropa İttifaqı ölkələrində icra edilir.

AHK layihələri müddətinə görə 2 yerə bölünür:

qısamüddətli ( 2 həftədən 59 günə qədər) 

uzunmüddətli (59 gündən 1 ilə qədər)

Daha ətraflı: https://europa.eu/youth/solidarity_en

“GƏLƏCƏYƏ KÖRPÜ”NÜN ESC (EVS) PROQRAMI ÜZRƏ FƏALİYYƏTİ

“Gələcəyə Körpü” 2012-ci ildən etibarən proqram üzrə həm göndərən, həm də qəbul edən rollarda fəaliyyət göstərir.

Göndərən rolda: Təşkilatımız vasitəsilə indiyədək 100-dən çox yerli gəncimiz qısa və ya uzunmüddətli olaraq Avropanın 20-ə yaxın ölkəsində könüllülük təcrübəsinə yiyələnib.

100+

Qəbul edən rolda: Təşkilatımız indiyə qədər Almaniya, Polşa və Türkiyədən qısa və ya uzunmüddətli olaraq 21 nəfər əcnəbi gəncin layihəsinə ev sahibliyi edib.

21+

Avropada icra olunan vakant layihələrə müraciət üçün təşkilatımızın sosial media hesablarına nəzər yetirə, həmçinin European Youth Portal-a daxil olub qeydiyyatdan keçərək ESC layihələri axtara bilərsiniz.

Erasmus+ nədir?

İş Düşərgələri

Dostlarınızla Paylaşın
FacebookTwitterLinkedInWhatsApp

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan