“Gələcəyə Körpü” GİB-in nümayəndəsi Fatimə Vəliyeva 9-13 Noyabr, 2022-ci il tarixlərində Polşanın Krakov şəhərində #Erasmus+ Proqramı çərçivəsində icra olunan “XXISTRIM – Keçmişə istinad etmək, Gələcəyə istiqamətlənmək” adlı beynəlxalq seminarda iştirak edib.

Layihənin məqsədi iştirakçılar tərəfindən Avropa Həmrəylik Korpusunda effektiv təcrübələrin bölüşülməsi, bu layihələrin daha inklüziv və dayanıqlı olmasını təmin etmək üçün müzakirələr və vörkşopların təşkil olunmasıdır. Həmçinin, layihə çərçivəsində Avropa Həmrəylik Korpusu qəbul edən məktəb və bağçalara səfər olunub, yeni əməkdaşlıq və gələcək fəaliyyətləri planlaşdırmaq üçün müxtəlif formatda fəaliyyətlər təşkil olunub.

“Gələcəyə Körpü” GİB vasitəsilə STRİM təşkilatında könüllülük fəaliyyətinə başlayan könüllü – İlahin Hüseynov ilə də təşkilatın nümayəndəsinin görüşü olmuşdur. Görüşdə könüllü olduğu uşaq bağçasında sosial fəaliyyətlər haqqında ətraflı müzakirə aparılmışdır.

Qeyd edək ki, layihədə 10 müxtəlif Erasmus+ proqramı və tərəfdaş ölkələrindən olan 30 nümayəndə iştirak etmişdir.

Dostlarınızla Paylaşın