Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə icra edilən “Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsi davam edir.

Layihə çərçivəsində 20-21.08.2021-ci il tarixlərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Qazax rayonunun Daşsalahlı və Şıxlı kəndinə səfər etdi. Səfər ərzində kənd gənclərinə təşkilatın fəaliyyətləri  haqqında məlumat verildi, onlar üçün müxtəlif faydalı təlimlər, praktik bacarıqlar əldə etmələri üçün vörkşoplar və simulyasiya oyunları həyata keçirildi. 

Qeyd edək ki, layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan gəncləri onlar üçün yaradılan fürsətlər barədə məlumatlandırmaq və inkişaflarına dəstək olmaqdır.

Məlumat üçün qeyd edək ki, layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan gəncləri onlar üçün yaradılan fürsətlər barədə məlumatlandırmaq və inkişaflarına dəstək olmaqdır. Bildirmək istərdik ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir.

Dostlarınızla Paylaşın