bp şirkətinin maliyyə dəstəyi ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin, və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) birgə təşkilatçılığı ilə həyata keçirilən “Peşə bacarığı olan işçilər üçün davamlı iş imkanları” layihəsi

Layihənin məqsədi keçmişdə peşə təhsili almaq imkanı olmamış və nəticədə davamlı karyera qurmaq üçün rəsmi diplomu olmayan peşə bacarığı olan işçilər üçün peşə təlimləri vermək idi.

Təlim proqramı iştirakçılara peşəkar biliklərini zənginləşdirməyə və eyni zamanda praktiki bacarıqlarını yeniləməyə yönəlmiş həm nəzəri, həm də praktiki məşğələlərdən ibarət olub.

Layihə iştirakçıları 10 günlük – bərbər, tikişçi, qənnadçı-şirniyyatçı və 4 günlük plastik boru qaynaqçısı təlim proqramlarında iştirak edərək dörd peşə növündən birinə yiyələniblər. Qeyd olunan konkret peşə fənləri üzrə təlimlərdən əlavə, bütün layihə benefisiarları üçün 3 günlük sahibkarlıq təlimi də keçirilib.

Təlim başa çatdıqdan sonra iştirakçıların bacarıqları Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən qiymətləndirilib və bütün müvəffəqiyyətli iştirakçılar müvafiq peşə üzrə diplom alıblar.

Dostlarınızla Paylaşın